- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 107
- İyun 23, 2026
- 0

Hakimlər komitəsinin sədri Fritz Stuçlik və FIFA/UEFA təlimatçısı Kiros Vassarosun rəhbərliyi ilə premyer liqaya təyinat alan referi, referi köməkçiləri və hakim-inspektorlar üçün seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, üçgünlük seminar müddətində iştirakçılar tapşırığa uyğun olaraq, 2-ci turunda keçirilmiş “Sabah”–“Keşlə” oyununu izləyib, bir gün sonra isə qarşılaşmada rast gəlinmiş maraqlı situasiyalar və hakim qərarları AFFA-nın inzibati binasındakı iclas zalında müzakirə olunub. Yeni və müasir veb-platformanın istifadəsi və oyun rəsmilərinin təəssüratları əsasında aparılan təhlil prosesi 3 saata yaxın müddəti əhatə edib.
1-ci divizion hakimlərinin də dəvət olunduğu seminarın sonuncu günündə beynəlxalq oyunlardan hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin premyer liqanın 1-2 turlarında keçirilmiş oyunlarda diqqətçəkən bir sıra situasiyalar ətrafında müzakirələr aparılıb.