Premyer liqa klublarımıza yeni toplar

AFFA ilə “Nayk” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində premyer liqasında çıxış edən hər bir kluba yeni mövsüm üçün ödənişsiz olaraq 100 ədəd top təqdim olunacaq. Allsport.az saytı xəbər verir ki, toplar klublara 2 mərhələdə veriləcək.

Mövsümün startı ərəfəsində hər klub üçün nəzərdə tutulmuş 50 ədəd top (cəmi 400 ədəd) klublara çatdırılması üçün artıq peşəkar futbol liqasına təqdim edilib. O cümlədən, çempionatın təşkilati işləri ilə əlaqədar PFL-ə 50 ədəd top verilib.

Klubların hər biri üçün nəzərdə tutulmuş daha 50 ədəd bu şirkətinin istehsalı olan top isə premyer liqanın dövrələrarası fasiləsi zamanı təqdim olunacaq.

Həmin kateqoriyadan