Premyer Liqada 3-cü tura start verilir

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilir. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. Öncə “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Günün digər oyununda lider “Qarabağ” “Kəpəz”i qəbul edəcək.

Topaz Premyer Liqası
13-cü tur
21 noyabr (şənbə)

17:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elman Musayev, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ömər Paşayev.
Sumqayıt. “Kapital Bank Arena”.

19:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

Turun digər oyunları: 22 noyabr (18:00. “Xəzər Lənkəran” – “Neftçi”, 20:00. “Rəvan” – “Zirə”). 23 noyabr (17:00. “İnter” – AzAL).

Bombardirlər:
5 – Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”).
4 – Aleksey Qay (“Qəbələ”), Samuel Armenteros (“Qarabağ”), Junior Osvaldo (“Kəpəz”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”).

Həmin kateqoriyadan