Premyer liqada 35-ci tura son

Allsport.az xəbər verir ki, bu gün Azərbaycan premyer liqasında 35-ci turun oyunları keçirilib.

İlk matçda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib. Oyun heç-heçə ilə yekunlaşıb (2:2). Qolları “Turan Tovuz”dan Şəhriyar Əliyev (2-ci dəqiqə) və Ayxan Hüseyinov (49-cu dəqiqə), “Səbail”dən isə Franko Mazurek (79-cu dəqiqə) və Qoba Zakpa (90+3-cü dəqiqədə) vurub.

“Şamaxı” – “Qəbələ” və “Sabah” – “Zirə” oyunları isə qolsuz yekunlaşıb.

Turun son oyununda çempion “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Gərgin keçən oyunda  Vüsal İsgəndərli (33-cü dəqiqə,pen) və Səbuhi Abdullazadənin (39-cu dəqiqə) vurduğu qollarla Sumqayıt təmsilçisi 2:0 hesabı ilə ilk hissəni qalib başa vurub. Ağdam təmsilçisi Almeydanın 88-ci dəqiqədə vurduğu qolla yalnız birin əvəzin çıxa bilib (1:2).

Həmin kateqoriyadan