- Baxış sayı: 21
- 24 Mart 2023 18:44
- Baxış sayı: 22
- Mart 24, 2023
- 0
Premyer liqada mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.
Allsport.az xəbər verir ki, 17-ci turda qapılara 17 qol vurulub. “Zirə” – “Qarabağ” (0:6) görüşündə 6, “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” (hər ikisi 3:1) matçlarında 4, “Sumqayıt” – “Sabah” (1:2) oyununda 3 top vurulub.
Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı XII tura təsadüf edib.