Premyer liqamız 14 pillə irəlilədi

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.

Allsport.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıda Azərbaycan premyer liqası 349 xalla 56-cı yerdə qərarlaşıb. Ötən il siyahıda 70-ci yeri olan çempionatımız 14 pillə irəliləyib.

Qonşu ölkələrdən Rusiya 26-cı, Türkiyə 28-ci, Gürcüstan 51-ci, İran 60-cı, Ermənistan 80-cidir.

İngiltərə premyer liqası 1287 xalla siyahıya başçılıq edir.

Həmin kateqoriyadan