Premyer liqasının əvəzolunmazları

Premyer liqasının əvəzolunmazları bilinib. Allsport.az saytı xəbər verir ki, arxada qalan tutan 12 turda yalnız 5 futbolçu komandasının bütün görüşlərində meydana çıxıb.

Onlardan 4-ü 12 görüşdə 1080 dəqiqə oynayanlardır. Bunlar Azər Salahlı (“Keşlə”), Tellur Mütəllimov (“Sumqayıt”), Davit Volkov (“Zirə”) və yeganə əvəzolunmaz qapıçı Aqil Məmmədovdur (“Neftçi”). 

Bir futbolçu isə 11 matç keçirən komandanın üzvüdür. Bu, “Qarabağ”ın müdafiəçisi Kevin Medinadır. “Köhlən atlar”ın bir görüşü təxirə salındığından, ili normada başa vurmayacaq.

Həmin kateqoriyadan