“Problem mənlik olsa, istefa verəcəyəm”

Bu gün “Zirə” premyer liqanın 29-cu turunda səfərdə “Qəbələ”yə 1:2 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu söylədi:

“Qələbəyə köklənmişdik. Oyuna pis başlamadıq. Hesabda geri düşsək də, tarazlığı bərpa edə bildik. Təəssüf ki, 2-ci yarının sonlarında yersiz qol buraxdıq.

Qara zolaqdayıq. Buraxılan qolların 80 faizinə izah tapa bilmirəm. Çoxlu əlverişli məqamlar yaxalasaq da, yararlanmadıq. Çalışacağıq ki, sonda çempionatda 4-cü yeri tutaq.

Premyer liqa bitdikdən sonra rəhbərliklə söhbət olacaq. Komandanın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacağıq. Problem mənlik olsa, istefa verəcəyəm”.

Kamran HACI, Qəbələ

Həmin kateqoriyadan