“Problem özümüzdədir“

Azərbaycan premyer liqasının 16-cı turunda “Qəbələ” evdə “Kəpəz”ə 0:3 hesabı ilə məğlub olub.

Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil olunan mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

“Oyundan əvvəl planımız qələbə qazanmaq idi. Başa düşürük ki, sonuncu pillədən qurtulmaq üçün qələbə önəmlidir. Həftəlik hazırlıq təşkilində də futbolçuların istəkli olmasını görürdük. Oyun istədiyimiz kimi alınmadı.

İlk dəqiqələrdən düşündüyümüz tempi görmədik. Düşünürəm ki, problem özümüzdədir. Rəqibə qalib gəlmək üçün hər şansı verdik və onlar bundan istifadə etdilər. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Bizim səhvlərdən sonra aktivləşirdilər. Çox sayda səhv etdik. Bəzi şeyləri düzəltməliyik ki, daha yaxşı olaq. Problem məndədir ki, komanda uduzur. Cavabdeh mənəm. “Qəbələ” üçün ən yaxşısını etməyə hazıram”.

Həmin kateqoriyadan