Putin yaxın dostunu itirib

Milanın əfsanəvi sahibi və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bir neçə ay ağır xəstəliklə – leykozla mübarizədən sonra 87 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin artıq siyasətçinin ölüm xəbərinə münasibət bildirib.

“Rusiyada Berluskoni ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinin ardıcıl və prinsipial tərəfdarı kimi yadda qalacaq. O, qarşılıqlı faydalı Rusiya-İtaliya əməkdaşlıqlarının inkişafına həqiqətən də, əvəzsiz şəxsi töhfə verdi”, – Putin deyib.

Putin və Berluskoni 20 ildən çoxdur ki, dostluq edirdilər.

Həmin kateqoriyadan