“Qəbələ” akademiyasında yeni baş məşqçi

“Qəbələ” futbol akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını start verib. Allsport.az xəbər verir ki, akademiya 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq.

U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb. Komandaların hazırlıqlarına 20 nəfərlik heyət rəhbərlik edir. Halim Fıçıcının klubdan ayrılmasından sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub.

O, həm də U-19 komandasını çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.

Həmin kateqoriyadan