“Qəbələ” hazırlıqlara bu gün start verəcək

Topaz Premyer Liqasının 12-ci turunun “İnter”lə noyabrın 9-da keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına bu gün start verəcək. Allsport.az xəbər verir ki, “1ırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələrək, axşam məşqini gerçəkləşdirəcək.

Roman Qriqorçukun yetirmələri məşqlərini elə bu arenada davam etdirəcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilədə vətəninə yollanan legionerlər də komanda ilə birlikdə məşq keçəcək. Yığmaların düşərgəsində olan oyunçular isə məşqə qatılmayacaq. Onlar Topaz Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la matçının hazırlıqlarına millidən qayıtdıqdan sonra qoşulacaq.

Xatırladaq ki, “Qəbələ” növbəti oyununu noyabrın 21-də, Sumqayıtın “Kapital Bank Arena” stadionunda keçirəcək.

Həmin kateqoriyadan