- Baxış sayı: 20
- 19 Aprel 2024 21:11
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
“Neftçi” məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, 7-ci turda “Sabah” üzərində qələbədən (2:0) sonra 3-günlük fasiləyə buraxılan komanda bu gün “İsmət Qayıbov” adına bazasında məşqə çıxıb.
Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, “Neftçi” Topaz premyer liqasında növbəti oyununu oktyabrın 20-də keçirəcək. Komanda həmin gün 8-ci tur çərçivəsində “Qəbələ”nin qonağı olacaq.