“Qəbələ” komandasına medallar təqdim edilib

AFFA gənclər liqasının 2022/23-cü illər mövsümünə yekun vurulub.

Allsport.az xəbər verir ki, turun son oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara müvafiq olaraq, bürünc (“Sabah”), gümüş (“Neftçi”) medallar və diplomlar, çempion “Qəbələ” komandasına isə kubok verilib.

Mükafatları AFFA-nın məşqçilər komitəsinin üzvü Əsgər Abdullayev və uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

“Qəbələ” komandasının üzvü Sənan Ağalarov liqanın ən məhsuldar oyunçusu olub.

Qəbələ təmsilçisinin digər üzvü Eşqin Əhmədov isə AFFA gənclər liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Həmin kateqoriyadan