- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” monteneqrolu yarımmüdafiəçi Stefan Vukçeviçi heyətinə qatıb.
23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Karyerasına 2013-cü ildə başlayan Vukçeviç indiyədək yalnız bir klubda çıxış edib.
O, vətənində “Zeta”nın şərəfini qoruyub. Vukçeviç Monteneqronun yüksək dəstəsində keçirdiyi 173 oyunda 4 qol vurub. O, 2019/20 mövsümündə 28 görüşdə 1 dəfə fərqlənib. “Zeta”nın heyətində avrokuboklarda da çıxış etmiş müdafiəçi Monteneqronun U-17, U-19 və U-21 yığmalarının formasını geyinib.