- Baxış sayı: 7
- 09 Noyabr 2026 15:57
- Baxış sayı: 85
- Noyabr 09, 2026
- 0
“Qəbələ” mövsümünün 2-ci yarısının hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, dekabrın 20-də keçirilən ölkə kubokunun 1/4 finalının cavab oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.
16-günlük fasilədən sonra komanda “Bakı”nın təlim-məşq bazasında yığışıb. Sənan Qurbanovun dəstəsi yanvarın 13-dək paytaxtda qalacaq. Mövsümün ikinci yarısına hazırlığın növbəti hissəsi Türkiyədə gerçəkləşəcək.
“Qırmızı-qaralar” ayın 27-dək Antalyada təlim-məşqdə olacaq. Komanda Lara bölgəsindəki “Trendi” mehmanxanasında məskunlaşacaq. Toplanış müddətində 4 yoxlama oyunu keçiriləcək.