“Qəbələ” – “Neftçi”: 54-cü qarşıdurma

Həftə sonu premyer liqanda 10-cu tur başlayacaq. Allsport.az saytı xəbər verir ki, millətlər liqası ilə bağlı fasilədən sonra “Qəbələ” ilə “Neftçi”nin oyunu diqqqətlə izlənəcək.

Qəbələ şəhər stadionunda 2 rəqib arasında 54-cü görüş olacaq. İndiyədək komandalar 53 dəfə üz-üzə gəlib. “Qəbələ” ilk dəfə 2006/07 mövsümündə qarşılaşdığı rəqib üzərində 17 qələbə qazanıb. “Qırmızı-qaralar” 13 dəfə heç-heçə edib və 23 məğlubiyyət alıb. Bu oyunlarda 66 qol vuran əyalət futbolçuları 74 top buraxıb.

Premyer liqada 49-cu dəfə üz-üzə gələcək komandalar 48 oyunda qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib, 22 dəfə uduzub. Bu görüşlərdə 59 qola imza atan “Qəbələ” 68 top buraxıb.

“Qəbələ” flaqmanla 27-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 26 matçda əyalət təmsilçisi 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 13 dəfə uduzub. Bu matçlarda 70 qol vurulub. Meydan sahibləri 34, qonaqlar 36 qol vurub.

Matça 14:00-da start veriləcək.

Həmin kateqoriyadan