“Qəbələ” rəsmiləri “İstanbul Başakşəhər”in bazasını ziyarət edib

“Qəbələ”nin baş meneceri Zaur Əzizov və baş məşqçisi Sənan Qurbanov Türkiyədə olublar. Allsport.az saytı xəbər verir ki, bizimkilər səfər çərçivəsində super liqa təmsilçisi “İstanbul Başakşəhər”in bazasını ziyarət ediblər.

Qonaqlar İstanbul klubunun baş məşqçisi Abdullah Ovcu və icraçı direktoru Mustafa Əröğütlə görüşüblər. Toplantıda Türkiyə klubunun idarəçiliyi, strukturu və texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

“Qəbələ” rəsmiləri türkiyəli həmkarlarına komandanın futbol geyimlərini hədiyyə ediblər.

Həmin kateqoriyadan