“Qəbələ” yeni hücumçu ilə müqavilə imzaladı

“Qəbələ” yeni hücumçu ilə müqavilə imzaladı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Apollon”la (Kipr) ilk oyununun hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, bunadək 11 futbolçunu – Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Voyislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatan “qırmızı-qaralar” daha bir transferi reallaşdırıb.

Sözügedən klub bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Qəbələ”yədək vətənində “İskra” (Buqoyno, 2006-2007), Xorvatiyada “Şibenik” (2007-2010) və “Riyeka”(2014), Türkiyədə “Gənclərbirliyi” (2010-2014), “Balıkəsirspor” (2015) klublarında çıxış edib.

O, Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.

Həmin kateqoriyadan