“Qəbələ” “Zirə”yə, “Keşlə” “Sumqayıt”a qalib gəldi

Premyer liqada 13-cü tura start verilib.

Allsport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edib. Oyun meyda sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə isə “Sumqayıt” “Keşlə”nin qonağı olub və 1:2 hesabı ilə uduzub.

Turun digər oyunları 1-2 dekabrda keçiriləcək.

“Qəbələ” – “Zirə” 3-0
Qollar: Rövlan Muradov, 12, Fernan Lopes, 41, Davit Volkov, 70.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu, 15:00.

“Keşlə” – “Sumqayıt” – 2:1
Qollar: Miyusko Boyoviç, 16, Lorenso Frutos, 54 – Əmir Ağayev, 66
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”, 17:00.

Həmin kateqoriyadan