“Qəbələ”də 8, Doroşevdə 3 dəfə

Premyer liqanın cari mövsümündə “Qəbələ”nin qapısına 3 penalti təyin olunub. Allsport.az xəbər verir ki, Anar Nəzirov 2, Tərlan Əhmədli isə 1 belə zərbədən sonra qapısından qol buraxıb.

Ümumilikdə, “qırmızı-qaralar” tarixində 52 dəfə komandamızın qapısına 11 metrlik cərimə zərbəsi vurulub. Bunlardan 44-ü qolla nəticələnib. Zərbələrin 15 faizi, yəni 8-i qolla nəticələnməyib.

Bu göstəricidə Pavel Doroşev rekordçudur. Onun qoruduğu “çərçivə”yə təyin edilən 9 penaltidən 3-ü qolla başa çatmayıb. Kamran Ağayevin aktivində 2 belə zərbə var. Daha 3 qapıçı penaltinin qola çevrilməməsinin sevincini yaşayıb. Bunlar Dmitri Bezotosnı, Dieqo Kosta və Xəyal Zeynalovdur.

11 qolkiperin qoruduğu qapıya penalti təyin olunub.

“Qəbələ”nin qapıçılarının penalti göstəriciləri:
1. Pavel Doroşev – 9 penalti (3-ü qolla nəticələnməyib)
2. Kamran Ağayev – 7 (2)
3-5. Dmitri Bezotosnı – 15 (1)
Dieqo Kosta – 3 (1)
Xəyal Zeynalov – 2 (1)
6-11. Anar Nəzirov – 6
Elnar Kərimov – 4
Zurab Mamaladze – 2
David Pietrzkeviç – 2
Aqil Məmmədov – 1
Tərlan Əhmədli – 1.

Həmin kateqoriyadan