“Qəbələ”dən yeni əməkdaşlıq

“Qəbələ” idman klubu “Kaspian Sport və Landscape” şirkəti ilə əməkdaşlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, stadionların ot örtüyünə nəzarət üzrə ixtisaslaşan şirkətlə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycanda yeni fəaliyyətə başlayan bu kompaniya Qəbələ şəhər stadionunun meydanlarının ot örtüyünə nəzarət edəcək. Şirkətin baş aqronomu tanınmış mütəxəssis Filip Şarplesdir.

Həmin kateqoriyadan