“Qəbələ”də yeni sponsor

Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” idman klubu daha bir tanınmış marka ilə əməkdaşlığa start verir.

Allsport.az xəbər verir ki, süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq komandanın titul sponsorudur. “Qəbələ” idman klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir.

Razılaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin loqosu əks olunacaq. 

Həmin kateqoriyadan