“Qəbələ”dən 10 seriya

“Qəbələ”nin premyer liqadakı çıxışları tarixində 10 dəfə bir futbolçu 3 və ya daha çox matçda meydanı qol vurmadan tərk etməyib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın çempionatdakı ən uzun fərdi qol seriyasının müəllifi Baqali Dabodur.

Fransalı futbolçu ardıcıl 4 oyunda qol sevinci yaşayıb. Bu, 2017/18 mövsümündə gerçəkləşib. Fransa əsilli seneqallı forvard meydanı qolsuz tərk etmədiyi 4 turda 6 dəfə rəqib qapılarına yol tapıb. Dabo bunu 4 matçda bacaran yeganə futbolçudur. Digər 9 seriya üç qarşılaşmanı əhatə edir.

Filip Ozobiçin hamıdan çox – 2 belə uğurlu seriyası var. O, 2016/17  mövsümünün gedişində iki dəfə üçoyunluq qol seriyasına imza atıb. Xorvatiyalı yarımmüdafiəçi bunların birində 4, digərində 3 dəfə fərqlənib.

Yannik Kamanan 2011/12 mövsümündə ardıcıl üç görüşdə 5,, Davit Volkov 2019/20 mövsümündəki seriya zamanı 4 dəfə qol sevinci yaşayıb. Fərzad Hatəmi 2008/09, Cavid Hüseynov 2014/15, Alesksey Qay 2015/16, Stiven Monrozla Ceyms Adeniyi 2018/19 mövsümündə üç ardıcıl turun hərəsində bir dəfə fərqlənməyə nail olub.

Həmin kateqoriyadan