- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 134
- Sentyabr 23, 2026
- 0
“Qəbələ”dən ayrılan daha bir futbolçunun yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra komandadan gedən Ekiqo Ehiosun bundan sonra karyerasını Türkiyədə davam etdirəcək.
O, qardaş ölkənin “Samsunspor” klubu ilə müqavilə imzalamağa çox yaxındır. Yayılan məlumata görə, futbolçu tibbi müayinədən keçdikdən sonra əvvələr də çıxış etdiyi Samsun təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcək.
Qeyd edək ki, Ekiqo “Qəbələ”yə Dorinel Muntyanunun dönəmində transfer olunmuşdu.