“Qəbələ”dən yeni transfer

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” fransalı futbolçu Əbdülrafiq Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

Həmin kateqoriyadan