RƏSMİ
“Qəbələ”nin daha 2 futbolçusu “Sabah”a keçdi

“Sabah” 2 yeni transfer həyata keçirib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablıSamir Məhərrəmli ilə müqavilə bağlanıb.

2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycan U-21 millisinin üzvüdür.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular “Qəbələ” futbol akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək. “Sabah” daha öncə “Qəbələ”nin müdafiəçisi Amin Seydiyevi də transfer etmişdi.

Həmin kateqoriyadan