“Qəbələ”nin Amini: “Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bir günlük istirahətdən sonra hazırlıqlarını bərpa edib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Amin Seydiyev mövsümün ikinci yarısının hazırlığı barədə fikirlərini klubun saytına açıqlayıb:

“Türkiyə toplanışının bir həftəsini arxada qoymuşuq. Məşqlərimizi planlı şəkildə davam etdiririk. Hazırlıq prosesi istədiyimiz şəkildə gedir. Futbolçular məşqlərdə səylə çalışırlar. Bütün oyunçular istəklidirlər. Hər birimiz məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışırıq.

Düşünürəm ki, toplanışın qalan hissəsində də bu tempdə çalışıb, mövsümün ikinci yarısına tam hazır olacağıq. Oyunumuzla azarkeşlərimizi sevindirmək, avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq ”.

Həmin kateqoriyadan