“Qəbələ”nin APEOL ilə oyunlarının yeri və vaxtı dəyişdirilib

Gənclər liqasında ölkəmizi təmsil edəcək “Qəbələ“nin U-19 komandasının çempionlar yolunun 1-ci mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.

Allsport.az saytı xəbər verir ki, qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq. Nikosiyada matç oktyabrın 2-də saat 18:00-da başlayacaq.

Cavab oyunu oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı görüş saat 14:00-da start götürəcək.

Həmin kateqoriyadan