“Qəbələ”nin avrokubok “11-liy”i

2014-cü ildən avrokubokların daimi iştirakçısına çevrilən “Qəbələ”nin 71 futbolçusu qitə miqyaslı turnirdə meydana çıxıb. Allsport.az xəbər verir ki, ardıcıl 6 mövsüm Avropa liqasında qüvvəsini sınayan “qırmızı-qaralar”ın oyun sayında rekordçusu Dmitri Bezotosnıdır.

Ukraynalı qapıçı 32 avrokubok matçında komandanın şərəfini qoruyub. 2-ci göstəriciyə malik olan Vojislav Stankoviç ondan üç oyun geri qalır. 3-cü yerə RikardinyoSergey Zenyov şərikdir. Onların hərəsinin hesabında 27 matç var.

Yerli futbolçular arasında Asif Məmmədovla Rəşad Sadiqov öndədir. Onlar 22 avrokubok qarşılaşmasının iştirakçısı olub.

Ümumilikdə 11 futbolçu 15 və ya daha çox oyunda meydana çıxıb.

Həmin kateqoriyadan