“Qəbələ”nin avrokubok bombardiri

“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb.

Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb. 2014-cü ildən başlayaraq 6 mövsüm Avropa liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.

2-ci sırada Teo Uiksdir. Avrokubokdakı yeganə het-trikin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.

“Qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.

1. Sergey Zenyov – 6
2. Teo Uiks – 5
3. Dodo – 4
4-6. Filip Ozobiç – 3
Baqali Dabo – 3
Cavid Hüseynov –  3.

Həmin kateqoriyadan