“Qəbələ”nin fransalı legionçusu ən yaxşı qolçu mükafatını aldı

Topaz premyer liqasında mövsüm sona yetdi. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin futbolçusu Baqali Dabo çempionatın ən yaxşı bombardiri oldu. Hücumçu 27 oyunda 13 qol vurdu.

Bu gün keçirilən 28-ci turun “Qəbələ” – “Qarabağ” görüşündən (0:1) sonra mükafatlandırmada fransalı legionçuya ən yaxşı bombardir titulu təqdim olundu.

30 yaşlı forvard “qara-qırmızılar”ın tarixində bu uğura yetişən 2-ci futbolçudur. Ötən mövsümdə 11 dəfə fərqlənən Filip Ozobiç bombardir adını qazanmışdı.

Həmin kateqoriyadan