- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 227
- Noyabr 09, 2026
- 0

“Qəbələ”nin futbolçusu Amin Seydiyev “Sabah” klubuna transfer olunacaq. Allsport.az klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı müdafiəçinin paytaxt təmsilçisinə keçidi ilə bağlı razılıq əldə olunub.
“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/20 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.
“Qəbələ”nin yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib. O, komandada 39 oyun keçirib, 1 qol vurub.