“Qəbələ”nin hücumçusu: “Kökəlməmək üçün tədbir görürəm”

“Qəbələ”nin çilili futbolçusu Rodriqo Qattas ölkəsinin mətbuatına açıqlamasında deyib. Allsport.az xəbər verir ki, o, “Qəbələ”yə keçidi haqda danışıb:

“Kanadada yaxşı mövsüm keçirməyim sayəsində Azərbaycandan mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi. Bu, mənim üçün əhəmiyyətli addımdır. Çempionatın qalibi Çempionlar Liqasında, daha 3 komanda isə Avropa Liqasında iştirak etmək hüququ qazanır”.

28 yaşlı hücumçu Azərbaycanda koronavirusla bağlı vəziyyət və görülən tədbirlərdən danışıb:

“Bir ay yarım əvvəl buraya gəldim. Baş verənlərə görə iki həftədir ki, futbol oynamırıq. Burada virusa yoluxanlar çox deyil, sadəcə tədbirlər görülür. Kökəlməmək üçün tədbir görürəm. Çünki insan evdə çox qalanda kilo alır”.

Həmin kateqoriyadan