“Qəbələ”nin nigeriyalı hücumçusunu icarəyə götürüb

İsrailin “Hapoel İroni” klubu “Qəbələ”nin legionçusu Ceyms Adeniyini 1-llik icarəyə götürüb. Allsport.az saytı xəbər verir ki, nigeriyalı hücumçu üçün qarşı tərəf 100 min avrodan keçib.

Gələn mövsümün sonunda Kiryat-Şmona təmsilçisi onu 200 min avro müqabilində birdəfəlik transfer etmək hüququna sahibdir.

“Qəbələ” Adeniyini ötən il Albaniyanın “İsgəndərbəy”indən 350 min avroya almışdı. Futbolçunun Azərbaycan klubu ilə anlaşması 2021-ci ilin yayında bitəcək.

Həmin kateqoriyadan