Qara Qarayev: Rəqibdən heç də geri qalmadıq

Paytaxdımızda keçirilən “Qarabağ” və “Qalatasaray” oyunundan sonra, kamandamızın oyunçuları matç barədə danışıb. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı Qara Qarayev 1:2 uduzduqları görüş barədə bunu deyib:

“Bu təşkilatı edən hər iki kluba təşəkkür edirəm. “Qalatasaray”da fərdi keyfiyyətləri çox yaxşı olan futbolçular var. Zaman-zaman bizə problem yaradırdılar. Amma “Qalatasaray”dan heç də geri qalmadıq. Başabaş mübarizə getdi. Ümumi oyun planında çox yaxşı çıxış etdik.

Bəzən daha çox qol şanslarımız oldu. Son dəqiqələrdə bərabərliyi əldən verdik. Düşünürəm ki, bu, futbolçularımızın bir neçəsinin milli komandalara yollanması ilə əlaqədar ola bilər. Amma məncə heç də pis alınmadı”.

“Köhlən atlar”ın 26 yaşlı hücumçusu Amada Diakabi oynu belə şərh edib: “Çox yaxşı oyun oldu. Premyer liqada fasilədən yaxşı istifadə etdik. Özümüzü çempionat oyununa hazırladıq. Bu, həm bizim, həm də azarkeşlərimiz üçün önəmli görüş idi”.

Həmin kateqoriyadan