Emeqara “Qarabağ”ı 200-ə çatdırdı

Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyunu “Qarabağ” üçün əlamətdar olub. Allsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsinə hesabı açan İnnosent Emeqara Ağdam təmsilçisinin kubokda 200-cü qolunu vurub.

Bu matçadək keçirdiyi 117 qarşılaşmada 199 qol vuran əyalət klubu 1/8 finalda bu rəqəmi 203-ə çatdırıb. “Qarabağ”ın orta məhsuldarlığı 1,72-yə bərabərdir. Ağdamlılar kubokda 200 və daha çox qol vuran 2-ci komanda olub. Yalnız “Neftçi” daha çox – 219 dəfə fərqlənib.

Qeyd edək ki, “Qarabağ”ın kubokdakı ilk qolunu 1993-cü il martın 17-də “Gənclik”lə (Şəki) qarşılaşmada Kənan Kərimov vurub. MOİK-lə qarşılaşma həm də “Qarabağ”ın kubokda 70-ci qələbəsi olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan Ağdam klubu 2-ci göstəriciyə malikdir.

Həmin kateqoriyadan