- Baxış sayı: 21
- 25 İyun 2026 13:10
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Allsport.az xəbər verir ki, Binə stadionunda keçirilmiş “Sabah” – “Qarabağ” qarşılaşması ilə AFFA U14 liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
Finalda rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” komandası U-14 liqasının qalibi olub.
Üçüncü yer uğrunda oyunda isə “Neftçi” “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanıb.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Qarabağ” komandasına isə kubok verilib.
Mövsümün ən yaxşı oyunçusu – “Qarabağ” komandasının üzvü Murad İbrahimov, ən məhsuldar oyunçusu isə 36 qolla “Astara” komandasının üzvü Məhəmməd Sultanzadə olub