YENİLƏNİB
“Qarabağ” 2-ci mərhələyə darmadağınla yüksəldi

Çempionlar liqasında 2020/21 mövsümünün ilk mərhələsinə start verildi. Allsport.az xəbər verir ki, “Qarabağ” evdə Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşdı.

Tofiq Bəhramov adına respublika stadionunda rəqibini 4 cavabsız qolla məğlub edən Ağdam klubu növbəti mərhələyə yüksəldi.

“Köhlən atlar” 2-ci ələmədə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün güclüsü ilə görüşəcək.

Çempionlar liqası
I təsnifat mərhələsi
18 avqust

20:00 “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) – 4:0
Qollar: 
Xayme Romero, 11, Donald Gerye, 40, 51, Mahir Əmrəli, 79.

Həmin kateqoriyadan