- Baxış sayı: 31
- 24 İyun 2026 20:00
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
“Qarabağ” artıq Çernoqoriyadadır. Allsport.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rudar”la cavab görüşünə çıxacaq komandamız ötən gün 18:30-da Bakını tərk edib.
Bakı-Podqoritsa reysi ilə hərəkət edən Ağdam klubu 4 saatlıq uçuşdan sonra Çernoqoriyanın paytaxtına çatıb. Podqoritsadan məskunlaşacağı Beçiçiyaya avtobusla hərəkət edən komanda 1 saatlıq yolçuluqdan sonra otelə çatıb. “Qarabağ” yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) axşam yeməyindən sonra istirahətə çəkilib.
Bu gün komandamız oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Çalışma yerli vaxtla 20:30-da start götürəcək.