“Qarabağ” “Düdelanj”la bərabərə qaldı

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, “A” qrupunda qərarlaşan “Qarabağ” Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qrupun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL “Sevilya”ya qalib gəlib – 1:0.

“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) – 1:1
Qollar: Maqaye Qeye, 90+2 – Sabir Buqren, 63
Qırmızı vərəqə: Qara Qarayev, 46 (“Qarabağ”).

Həmin kateqoriyadan