- Baxış sayı: 53
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 239
- Noyabr 09, 2026
- 0

“Qarabağ” haitili müdafiəçi Donald Geryeni cərimələyib. Allsport.az xəbər verir ki, o, əvəzedici komandaya göndərilib.
Buna qış fasiləsində ölkəsinə gedən Geryenin komandaya nəzərdə tutulan vaxtda qoşulmaması səbəb olub. 31 yaşlı oyunçu təlim-məşq toplanışında iştirak etməyib və yalnız bir neçə gün əvvəl düşərgəyə qayıdıb.
Gerye əvəzedici komandaya göndərilməklə yanaşı, 20 min dollar cərimələnib.
Futbolçu bu mövsüm keçirdiyi 16 oyunda 6 qol vurub.