“Qarabağ” və “Qalatasaray” yenidən üz-üzə

Allsport.az saytı xəbər verir ki, bu barədə Türkiyə klubunun prezidenti Dursun Özbəy “Əli Sami Yen” idman kompleksində keçirilən tədbirdə deyib:

“Qarşıdakı vaxtda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevi anmaq məqsədi ilə “Qarabağ” ilə bir oyun keçirəcəyimizin müjdəsini də vermək istəyirəm.

“Qarabağ” Azərbaycan və Türkiyə üçün çox vacibdir. “Qalatasaray” da bu mövzudakı mövqeyini göstərmək üçün “Qarabağ”ı qardaş klub olaraq seçib.

İdman mövzusundakı təcrübələrimizi Azərbaycan ilə də paylaşmağımız lazımdır. Tək millət olmağın tələblərindən biri də budur”.

Komandalar arasında ilk görüş martın 26-sında Bakı olimpiya stadionunda xeyriyyə məqsəd ilə keçirilib.

Həmin kateqoriyadan