“Qarabağ” İtaliyadan qapıçı alır

“Qarabağ” İtaliyanın “Sampdoriya” klubunun qapıçısı Vid Beletsi transfer etməyə hazırlaşır. Allsport.az “Sampdoria news” nəşrinə istinadla xəbər verir ki, Ağdam təmsilçisi sloveniyalı qapıçını almaq istəyən klublardan biridir.

Klublar razılığa gəlsə, 30 yaşlı qapıçı karyerasını Azərbaycan çempionunda davam etdirəcək. Sloveniyalı əlcək sahibi ötən mövsümü icarə əsasında Kiprin APOEL klubunda keçirib.

O, Nikosiya klubunun heyətində çempionlar liqası və Avropa liqasındakı oyunlarda “Qarabağ”a qarşı oynayıb. Belets ötən mövsüm keçirdiyi 34 oyunda 31 top buraxıb, 16 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Həmin kateqoriyadan