“Qarabağ” italiyalı hücumçunu alır?

“Qarabağ” hücumçu axtarışını davam etdirir. Allsport.az “Lanazione”yə istinadla xəbər verir ki, Ağdam təmsilçisi İtaliya “B” seriyasında çıxış edən “Kyevo”nun hücumçu Manuel Puççiarellini transfer hədəfinə alıb.

29 yaşlı hücumçunun klubu ilə 1 illik müqaviləsi qalıb. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.

“Kyevo” Puççiarellini 2019-cu ilin yayında “Empoli”dən 3,75 milyon avroya transfer edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Peskara”da keçirib.

Həmin kateqoriyadan