- Baxış sayı: 20
- 26 Aprel 2024 13:11
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Topaz premyer liqasının 13-cü turun cədvəlində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın “Keşlə” ilə ev oyununun vaxtı dəyişdirilib. Bu, Ağdam klubunun müraciəti, bakılıların razılıq məktubu əsasında gerçəkləşib.
PFL turun “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Görüş bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
Bildirilir ki, dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.