“”Qarabağ” müdafiədə, hücumda balanslı və güclü komandadır”

Bu gün “Makkabi” qitə liqasının “İ” qrupunun ilk turunda Tel-Əvivdə “Qarabağ”ı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, rəqibin baş məşqçisi Yorqos Donis mətbuat konfransında bunu deyib:

“Son iki həftə bizim üçün yaxşı oldu. Futbolçular sağaldılar və komandaya qoşularaq məşq etdilər. Sıx qrafiklə əlaqədar addım-addım irəliləyəcəyik. Hər oyun fərqli bir hekayədir.

İlk matça köklənməliyik. Mənim üçün oyunçuların hazır olması vacibdir. Matç günü hər hansı bir problemin olub-olmadığını görəcəyik və nə olduğunu başa düşəcəyik. Əvvəlkindən daha yaxşı vəziyyətdəyik.

Rəqib yaxşı təcrübəyə sahibdilər. Onları təhlil etmişik. “Qarabağ” müdafiədə, hücumda balanslı və güclü komandadır. Komanda şəklində oynayırlar. Güclü rəqibdir. Bizi çox çətin oyun gözləyir”.

Həmin kateqoriyadan