“Qarabağ” ölkə çempionatında ev oyunlarını mərkəzi stadionda keçirəcək

“Qarabağ” klubu Peşəkar futbol liqasına (PFL) rəsmi müraciət ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, “Azərsun arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar ev oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istənilib.

“Qarabağ”ın müraciətini, aparılan işləri, mərkəzi arenanın cari mövsümün əvvəlindən premyer liqası üçün qəbul olunduğunu nəzərə alan PFL, 6-cı turun “Qarabağ” – “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “köhlən atlar”ın ev matçlarını növbəti rəsmi bildirişədək mərkəzi artenada təşkilinə qərar verib.

Həmin kateqoriyadan