««Qarabağ» – oyun, cəsarət, keyfiyyət və şəxsiyyətləri ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır»

Çempionlar liqasının 2-ci ələməsində «Qarabağ» evdə İrlandiyanın “Dandalk” klubunu 3:0 hesabı ilə məğlub etdi. Allsport.az saytı xəbər verir ki, komandamızın vitse-prezidenti Tahir Gözəl qələbəni belə qiymətləndirib:  

“Bu gün gözəl oyuna tamaşa elədik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi. Gözəl oyun oldu, təbrik edirəm. Bilirsiniz, rəqib güclüdür, büdcəsi də bizdən yuxarıdır. APOEL hörmətəlayiq klubdur. «Qarabağ»ın oyununu bu gün birgə izlədik, mən həzz aldım.

Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. «Qarabağ» doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü «Qarabağ»ıdır. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, yekun nəticə nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.

«Qarabağ» – oyun, cəsarət, keyfiyyət və şəxsiyyətləri ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur”.

Həmin kateqoriyadan