- Baxış sayı: 31
- 05 May 2026 16:04
- Baxış sayı: 121
- May 04, 2026
- 0

Premyer liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” matçı təxirə salınıb.
Allsport.az saytı xəbər verir ki, AFFA PFL-ə müraciət edərək Azərbaycan millisinin millətlər liqasının oktyabrın 10-da Monteneqro ilə səfər, oktyabrın 13-də isə Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə adı çəkilən görüşün təxirə salınmasını istəyib.
AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq, bu qarşılaşmanı başqa tarixə təxirə salıb. Görüşün günü ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.